Sen 09, 2018 11:39 Asia/Baku
  • Tramp və Kim Çen İnin görüşündən sonra ilk müstəqillik bayramı
    Tramp və Kim Çen İnin görüşündən sonra ilk müstəqillik bayramı

Şimali Koreyanın istiqlaliyyətinin 70 illiyi münasibəti ilə bu gün pxenyanda hərbi parad keçirilib. Mediyaların diqqəti Kim Çen İnin bu mərasimdəki nitqinə yönəlib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Amerika ilə Şimali Koreya əlaqələrində bu ölkənin nüvə silahlarına görə mövcud olan gərginliyi nəzərə alaraq bir çox mediyalar və siyasət adamları parad mərasimində Kim Çen İnin çıxışını gözləyir. 

Hərbi parad və kollektiv tamaşalardan ibarət olan bu mərasimi 140 xarici jurnalist yayımlayır. 

Ş.Koreyanın fevral paradında Husonq 15 uzaq mənzilli raket təqdim olundu. Bu raket Amerikanın bütün şəhərlərini hədəfə almaq və nüvə başlığı daşımaq qabiliyyətinə malikdir. 

Bu günkü mərasim elə bir şəraitdə keçirilir ki, Amerika ilə Ş.Koreya arasında müzakirələr ciddi problemlərlə üz-üzədir. 

Teqlər