Sen 09, 2018 12:41 Asia/Baku
  • Avropada nüvə sazişinə dəstək davam edir
    Avropada nüvə sazişinə dəstək davam edir

Rusiyanın XİN sözçüsü bildirib ki, Moskva Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) qoruyub saxlamaqda qərarlıdır.

Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib: Rusiya bu beynəlxalq razılaşmanın mühafizə edilməsi üçün digər tərəflərlə əməkdaşlıq aparacaq. 

Digrə tərəfdən Amerikanın 5+1 qrupu çərçivəsində İran ilə müzakirə aparan keçmiş diplomatı Vandi Şermən İranın indiyədək ƏMTP-nin müddəalarına sadiq qaldığını bildirərək deyib: Trampın bu razılaşmadan çıxması dünyada Amerikanın neçə tərəfli diplomatiyaya sədaqətinə etimadsızlıq yaratdı. 

Şermən həmçinin ƏMTP-nin çoxtərəfli diplomatiyanın hünəri olduğunu bildirərək deyib: Trampın hər bir təhdid xarakterli tvitti və onun dövlətinin boş boş vədləri ilə İranla nüvə sazişinin üstün cəhətləri daha qabarıq şəkildə özünü göstərir. 

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Yoronyusa verdiyi açıqlamada deyib ki, Tramp ƏMTP klimi önəmli beynəlxalq müqavilədən çıxmaqla çoxtərəfliliyi ayaqladı və dünyada sadəcə birtərəflilik ardınca olduğunu nümayiş etdirdi. 

 

Teqlər