Amerikada ekologiya işçiləri istefa veriblər
https://azeri.sahartv.ir/news/dünya-i322193-amerikada_ekologiya_işçiləri_istefa_veriblər
Donald Trampın prezidentliyinin ilk 18 ayında Amerika ətraf mühiti mühafizə agentliyinin 1800 işçisi istefa verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2018 09:35 Asia/Baku
  • Amerikada ekologiya işçiləri istefa veriblər
    Amerikada ekologiya işçiləri istefa veriblər

Donald Trampın prezidentliyinin ilk 18 ayında Amerika ətraf mühiti mühafizə agentliyinin 1800 işçisi istefa verib.

Vaşinqton Post qəzeti yazıb:Amerika ətraf mühiti mühafizə agentliyinin bu sayda işçisinin istefası agentliyin işçilərinin sayının 8 faiz azalması deməkdir. 

İstefa verənlər ən təcrübəli eləcə də gənc ekspertlərdən ibarət olublar və agentliyin təcrübəi kadr boşluğu ilə üz-üzə duracağı barədə nigaranlıqlar yaranıb. 

Vaşinqton Postun araşdırmaları göstərir ki, 260 alim, 186 ekologiya üzrə mütəxəssis , 106 mühəndis agentliyi tərk edib. 

Amerika ətraf mühiti mühafizə agentliyi Tramp dövründə Ətraf mühiti mühafizə üzrə layihələrin çoxunu ləğv etməli olub.