Sen 11, 2018 08:43 Asia/Baku
  • Yüzlərlə qanunsuz immiqrant Liviya sahiərində can verdi
    Yüzlərlə qanunsuz immiqrant Liviya sahiərində can verdi

Ötən bir neçə Aralıq dənizində qayıqlarının batması nəticəsində yüzdən çox Afrika əsilli qanunsuz immiqrant Liviya sahillərində can verib.

İRNA-nın verdiyi məlumata görə, Afrika ölkələrindən olan bu qanunsuz immiqrantlar iki qayıq ilə Liviyadan Avropa ölkələrinə doğru yola çıxblar. Amma, yolun yarısında qayıqları aşıb və onlar suya düşərək, həlak olublar. 

Beynəlxalq İmmiqrasiya Təşkilatı iyun ayının sonlarında yaydığı bəyanatda Liviya-İtaliya dəniz yolunu Afrikalı qanunsuz immiqrantlar üçün ən təhlükəli marşrut elan edib. Bu məlumata görə, sadəcə cari ildə 1500 qanunsuz immiqrant Aralıq dənizi sularında boğularaq, həyatını itirib. 

Liviya Avropaya getmək istəyən Afrikalı mühacirlər üçün başlıca tramplin hesab edilir. 

İnsan tacirləri Liviyada mərkəzi hökumətin olmamasından istifadə edərək, hər il on minlərlə qanunsuz mühaciri Aralıq dənizindən keçirərək, Avropaya çatdırırlar. Amma, bir çoxları bu yolda canından olur. 

Teqlər