Sen 11, 2018 16:51 Asia/Baku
  • Rusiyanın ən iri hərbi manevrinə start verilib
    Rusiyanın ən iri hərbi manevrinə start verilib

Rusiya tarixində ən iri və ən modern hərbi manevr hesab olunan "Vastok-2018" manevri Uzaq Şərq və Sibirdə start götürüb.

İRNA-nın məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi "Vastok-2018" manevrində 300 min hərbçinin iştirak etdiyini bildirib. 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyir: Vastok-2018 manevri miqyasına görə 1981-ci ildə Sovet İttifaqı tərəfindən keçirilən "Qərb-81" manevrindən bəri keçirilən ən iri manevrdir. 

Bu məlumata görə, Vastok-2018 hərbi manevrində Rusiyanın Şərq Federal və Mərkəzi Federal qüvvələri, Şimal Dəniz Donanması, Aviasiya qüvvələri, uzaq məsafəyə uçan təyyarələr və yük təyyarələri iştirak edir. 

Teqlər