Sen 12, 2018 15:38 Asia/Baku
  • 11 sentyabrdan sonra ABŞ militarizmi 1.5 trilyon dollara baxıb
    11 sentyabrdan sonra ABŞ militarizmi 1.5 trilyon dollara baxıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 11 sentyabr hadisələrindən sonra Əfqanıstan, İraq və Suriyada 1.5 trilyon dollar xərcləyib.

NBC Nyusun verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyinin yaydığı hesabata görə, 2001-ci il 11 sentyabr hadisələrindən indiyədək Amerika Əfqanıstan, İraq və Suriya müharibələrində 1.5 trilyon dollardan çox vəsait xərcləyib. 

Bu hesabatda deyilir: Amerikanın Əfqanıstan, Suriya və İraqda gedən hazırkı hərbi fəaliyyətləri eləcə də Amerika və Kanadada daxili təhlükəsizliyin təmini missiyası üçün Nobel İql əməliyyatı cəmi 185.5 milyard dollar vəsait hesabına mümkün olub. 

Bu məlumata görə, Amerikanın Əfqanıstana hücumu digər hərbi əməliyyatlarla müqayisədə daha ağır xərclə nəticələnib. 

Hesabat elə bir şəraitdə yayılır ki, ABŞ müdfiə naziri Ceyms Mətis Əfqanıstana son səfərindən öncə Ağ evin Əfqanıstana qarşı hərbi siyasətinin nəticəsiz olduğunu etiraf etdi. 

İraq, Əfqanıstan və Suriya rəhbərləri dəfələrlə Amerikanın hərbi müdaxilələrinə qarşı bəyanatlar veriblər. 

Teqlər