San-Fransisko iqlim konfransında Trampın fəaliyyəti tənqid edilib
San-Fransiskoda keçirilən iqlim dəyişiklikləri adlı beynəlxalq konfransın iştirakçıları ABŞ prezidentinin bu sahədəki siyasət və fəaliyyətlərini tənqid ediblər.
Amerikanın sabiq vitse-prezidenti Al-Qor dünən bu iclasda deyib: Yeni bir prezident, otuz günlük bir fürsətlə, Amerikanı Donald Trampın 2017-ci ildə çıxdığı Paris İqlim Sazişinə qaytara bilər.
Konfrans iştirakçıları Al-Qorun bu sözlərini alqışlarla qarşılayıblar.
Bundan öncə də Amerikanın Kaliforniya ştatının qubernatoru Cerri Braun bu konfransda demişdi ki, Amerika prezidenti Donald Trampın hərəkətləri ətraf mühitə mənfi təsir göstərib və bu proseslə mübarizə aparılmalıdır.
Amerikanın Kaliforniya ştatında yerləşən San-Fransisko şəhəri çərşənbə günündən bəri iqlim dəyişiklikləri adlı beynəlxalq konfransa təşkilatçılıq edir.
Konfransda Trampın ekologiyaya qarşı siyasətləri tənqid olunubdur.
Tramp 2017-ci ildə Amerikanı Paris İqlim Sazişindən çıxardı ki, bu hərəkət bu ölkənin daxili və xaricində geniş etirazlara səbəb oldu.