Sen 17, 2018 14:54 Asia/Baku
  • Almaniya və Avstriya Avropa sərhədlərinə nəzarətin artırılmasına dair razılığa gəliblər
    Almaniya və Avstriya Avropa sərhədlərinə nəzarətin artırılmasına dair razılığa gəliblər

Almaniya və Avstriya kanslerləri Avropanın sərhədlərinə nəzarətin gücləndirilməsinə dair razılığa gəliblər.

Almaniyada çıxan Di Volt qəzetinin yazdığına görə Almaniya kansleri Angela Merkel və Avstriya kansleri Sebastiyan Kurz bazar günü Berlində görüşərək, Avropanın mühüm məsələlərini müzakirə ediblər. 

Merkel və Kurz bu görüşdə Avropada təhlükəsizlik tədbirlərinin artırılmasına təkid edərək, Avropanın sərhədlərinə nəzarətin gücləndirilməsini  və bu xüsusda lazımi tədbirlərin görülməsini istəyiblər. 

Qeyd etmək lazımdır ki, Avropa Sərhədlərini Mühafizə Qüvvələri (FRONTEX) 2020-ci ilə qədər öz qüvvələrinin sayını 10 nəfərə çatdıracaq. 

Almaniya və Avstriya kanslerləri həmçinin, Afrikada vəziyyətin yaxşılaşdırılmasına dair əməkdaşlıqların artırılmasına təkid ediblər. Onlar Avropanın bu məsələyə maliyyə dəstəyinin artırılması qərarına gəliblər. 

Avropa ölkələri xüsusilə Almaniya Afrika ölkələrinə maliyyə yardımları vəd etməklə qanunsuz immiqrantların Avropaya üz tutmasını önləməyə çalışır. 

Qərb dövlətlərinin ötən illərdə Yaxın Şərq və Afrikanın şimalında müdaxilə siyasəti yürütmələri qanunsuz immiqrant böhranının dərinləşməsinə səbəb olub. 

Deyilənlərə görə, Nigeriya, Qana və Seneqaldan təqribən 11 min immiqrant 2017-ci ildə Almaniyadan sığınacaq istəyib. 

Teqlər