Klinton xəbərdarlıq etdi
Sen 19, 2018 15:29 Asia/Baku
ABŞ-ın keçmiş dövlət katibi Trampın nəzarətsiz buraxılmasının Amerika üçün mənfi fəsadlara gətirib çıxaracağı barədə xəbərdarlıq edib.
Hillari Klinton MS NBC telekanalına verdiyi açıqlamada xalqı Donald Trampın totalitar meyilləri ilə qarşılaşmağa çağırıb.
Klinton deyib: ABŞ xalqı dövrlər arası seçkilərin əhəmiyyətini görməməzliyə vurarsa ölkənin önəmli qurumlarının məhv omasının şahidi oacaq və bu son dərəcə ağır nəticələrə gətirib çıxaracaq.
Amerikada dövrlər arası seçkilərə yaxınlaşdıqca demokratlarla Trampın biri-birinə qarşı mövqeləri sərtləşir.
ABŞ-da dövrlər arası seçkiər nümayəndələr palatasının 435 üzvünün və senatın üzvlərinin üçdə birinin seçilməsi üçün 6 noyabrda keçiriləcək.