Sen 20, 2018 19:04 Asia/Baku
  • Tramp ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini təhqir etdi

ABŞ prezidenti bir daha bu ölkənin Yaxın Şərqdəki müttəfiqlərinin təhlükəsizliyinin Vaşinqtondan asılı olduğunu deyib.

İRİB-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı təhqiramiz ifadələrlə dolu olan bir "tvitt"də Yaxın Şərqdəki müttəfiqlərindən neftin qiymətini ucuzlaşdırmalarını istəyib və ABŞ-ın dəstəkləməyəcəyi təqdirdə, onların öz təhlükəsizliklərini təmin etməyə qadir olmadıqlarını deyib.

Tramp yazıb: Biz Yaxın Şərq ölkələrini qoruyuruq. Biz olmadan onların təhlükəsizliyi çox davam gətirə bi lməz. Buna baxmayaraq, onlar nefti bahalaşdırmağa çalışırlar. Bunu unutmayacağıq. "OPEK" neftin qiymətini azaltmalıdır."

Tramp bundan öncə də Ərəbistana və bir neçə digər Ərəb ölkəsinə xitabən Vaşinqtonun bu ölkələri himayə etməyəcəyi təqdirdə, sürətlə süqut edəcəklərini demişdi.

O, bu ölkələrdən ABŞ-ın təhlükəsizlik dəstəyi müqabilində Vaşinqtonun regiondakı müharibələrini maliyyələşdirmələrini və neft satışını artırmaqla neftin dünya bazarındakı qiymətini ucuzlaşdırmalarını istəmişdi.

Teqlər