Şanxay Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirləri Tacikistanda bir araya gəliblər
-
Şanxay məkdaşlıq Təşkilatının iqtisadiyyat nazirləri Tacikistanda bir araya gəliblər
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadiyyat nazirləri iqtisadi əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi yollarını araşdırmaq üçün Tacikistanda iclas təşkil ediblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, iqtisadi əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yəni Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Pakistan, Özbəkistan və Tacikistanın iqtisadiyyat nazirlərinin Duşənbə iclasının başlıca mövzusu olub.
Tacikistanın iqtisadi inkişaf naziri Nemətullah Hikmətullahzadənin sədrliyi ilə keçirilən iclasda ticarət, iqtisadiyyat və sərmayə qoyuluşu sahəsindəki hazırkı durum və perspektivlər də nəzərdən keçirilib.
Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyul 2001-ci ildə Çinin Şanxay şəhərində yaradılıb. Təşkilatın qurucuları Qazaxıstan, Qırğızstan, Özbəkistan, Rusiya, Tacikistan və Çindir.
Hindistan və Pakistan isə 2017-ci ildə bu təşkilata daimi üzv olaraq qəbul olunublar.
Türkiyə, Azərbaycan, Şrilanka, Nepal, Kamboca və Ermənistan isə təşkilatın şərikləri sayılırlar.
İran İslam Respublikası da Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvüdür.