Sen 26, 2018 09:14 Asia/Baku
  • Tramp İrana qarşı ittihamlarını təkrarladı
    Tramp İrana qarşı ittihamlarını təkrarladı

ABŞ prezidenti Birləşmiş Millətlər Təşkilatının baş assambleyasının sessiyasında ikinci iştirakında İrana qarşı keçmişdəki iddia və ittihamlarını təkrarladı.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp dünən Əhatəli Müştərək Təşəbbüs proqramının digər imzalayan tərəflərinin Nyu-Yorkda keçirilən iclasda nüvə sazişinin qorunub-saxlanılmasına təkid etdikləri bir şəraitdə bu barədə yalanlarını təkrarlayaraaq deyib: Bir çox ölkələrin başçıları Ağ evin İrana qarşı sanksiyalarına qoşulublar.

Donald Tramp öz çıxışında həmçinin Amerikanın minlərlə mülkinin qırğını ilə nəticələnmiş Orta şərqdə, İraq, Suriya və Əfqanıstandakı hərbi müdaxilələrinə toxunmadan Tehranın öz qonşularının suverinliyinə hörmətlə yanaşmadığnı iddia edib. 

ABŞ prezidenti öz sanksiya siyasətinin əsas qurbanlarına toxunmadan İran xalqına dəstək görüntüsü ilə müxtəlif ölkələri İranı təcrid etməyə təşəbbüs göstərməyə çağırıb. 

Tramp statistikalara rəğmən və iqtisadi problemlərin artmasına baxmayaraq iddia edib ki, Amerika iqtisadiyyatı inkişaf edib və bu ölkədə işsizlik minimum həddə çatdırılıb. 

Tramp həmçinin respublikaçıların onun Şimali Koreya rəhbəri Kim Çen İn ilə müzakirələrinə qarşı tənqidlərinə rəğmən bu müzakirələri konstruktiv adlandırıb. 

Amerikanın bir çox müttəfiqlərinin həmçinin Kanada və Çinin də ABŞ-ın bu ölkələrdən idxal etdiyi mallara tariflər tətbiq etməsindən narazı qaldıqları bir şəraitdə ABŞ prezidenti özünün bu siyasətini müdafiə edib. 

Tramp OPEC təşkilatını və ərəb ölkələrini neftin qiymətini artırdıqlarına görə qınayaraq deyib: OPEC neftin qiymətini endirməlidir, Amerika bu dəhşət qiymətlərə artıq dözməyəcək. 

 

Teqlər