Türkmənistanda su, qaz, elektrik və düzün pulsuz verilməsinə son qoyulur
Türkmənistan prezidenti bu ölkədə su, elektrik, qaz və düzun pulsuz olmasına son qoyulmasından xəbər verib.
Qurbanqulu Berdiməmmədov bu gün bildirib ki, yaxın günlərdə Su, elektrik, qaz və duzun qiymətləri müəyyənləşdiriləcək.
Türkmənistan prezidenti deyib: Yeni tarif siyasətləri bu mənbələrin gələcək nəsillər üçün mühafizə edilməsi məqsədini güdür.
Qurbanqulu Berdiməmmədov 2019-cu il yanvarın birindən icra olunmağa başlayacaq içməli su, elektrik, qaz və duzun pulsuz verilməsinə son qoyulmasına dair fərmanı imzalayıb.
Sözü gedən mənbələrdən pulsuz istifadə 1993-cü ildən Türkmənistanı keçmiş prezidenti Səfərmurad Niyazovun fərmanı ilə həyata keçirdi amma 2017-ci ildə bu məhsulların pulsuz təqdim olunmasına son qoyulması mövzudu hökumətin gündəminə daxil oldu.