BMT TŞ iclası: Makronun Trampın nüvə anlaşması ilə bağlı iddialarına cavabları
Fransa prezidenti Amerikanın nüvə anlaşmasından çıxmasını tənqid edərək, deyib ki, bu anlaşma ciddi bir anlaşmadır və bütün tərəflər ona riayət etməlidirlər.
Emmanuel Makron dünən ABŞ prezidenti Donald Trampın sədrliyi ilə keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında açıq şəkildə bildirib ki, nüvə anlaşmasına öhdəlik, təkcə İngiltərə, Fransa və Almaniya tərəfindən deyil, bütün tərəflər vasitəsilə olmalıdır.
Fransa prezidenti vurğulayıb: İranın sanksiya edilməsi çarə yolu deyil, zira bu ölkə nüvə anlaşmasına sadiq qalmaqda davam edir.
Amerika prezidenti Donald Tramp bu iclasın əvvəlində, onun sədri kimi, İrana və nüvə anlaşmasına qarşı iddialarını təkrar edərək, demişdi ki, Amerika İrana qarşı ağır sanksiyalar tətbiq etməklə Tehranın rəftarını dəyişmək və bu ölkənin nüvə silahları əldə etməsinin qarşısını almaq ardıncadır.
Tramp hədələyici və quldurcasına bir ifadə tərzi ilə digər ölkələrə xəbərdarlıq etmişdi ki, Amerikanın sanksiyalarının pozulması sərt nəticələrə gətirib çıxaracaqdır.