Sen 27, 2018 16:44 Asia/Baku
  • Taym: Tramp İranı təcrid etməkdə məğlub oldu

Bir amerikan media yazıb ki, Tramp dövlətinin BMT-də İranı təcrid etmək cəhdi əks-nəticə veribdir.

Taym jurnalı ABŞ dövlətinin İranı təcrid etmək istiqamətində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasını keçirmək üzrə proqramı barədə yazıb: Amerika prezidenti Donald Trampın İrana qarşı alovlu çıxışı İranın dünya ictimaiyyətində tək qalması təsvirini sərgiləməli idi, amma bunun əksi baş verdi və Amerika ilə onun müttəfiqləri arasındakı ixtilaflar özünü göstərdi.

Taym Trampın ev sahibliyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasının keçirilməsini və onun İrana qarşı çıxışını İran əleyhinə "ən yeni alovlu hücum" adlandıraraq, yazıb: Trampın bu iclasdakı çıxışının bitməsindən sonra digər ölkələr Amerikanın nüvə anlaşmasından çıxmasını tənqid etdilər.

Teqlər