Keri Trampa xəbərdarlıq etdi
-
Keri Trampa xəbərdarlıq etdi
Amerikanın keçmiş dövlət katibi bu ölkə prezidenti və onun müttəfiqlərinin İrana qarşı ifratçı siyasətləri barədə xəbərdarlıq edib.
Frans Pressin verdiyi məlumata görə, ABŞ-ın keçmiş dövlət katibi Con Keri bu ölkənin xarici əlaqələr şurasında etdiyi çıxışında deyib: ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxması Orta şərqdə münaqişə ehtimalını artırır ona görə ki, Amerikanın İranı bombalamasını istəyənlər var.
ABŞ-ın keçmiş dövlət katibi deyib: Səudiyyə Ərəbistanının keçmiş kralı Abdulah Bin Əbdül-Əziz və Misirin devrilmiş prezidenti Hüsni Mübarək mənə demişdilər ki, Amerika İrana hücum etməlidir amma onların özləri bu mövqelərini açıq-aşkar elan etmirdilər.
Keri deyib: İsrailin baş naziri Benyamin Netanyahu da İranın bombardıman edilməsi barədə Obamanın yaşıl çırağ göstərməsini istəmişdi.
Keri öncə də demişdi ki, Tramp İrana qarşı düşmənçilikləri şiddətləndirərək Amerikada ümumi fikri özünün 2016-cı il seçkilərində ruslarla əlbir olması məsələsindən yayındırmağa çalışır.