Şotlandiyada istiqlaliyyət aksiyası
Minlərlə şotlandiyalı dünən Şotlandiyanın İngiltərədən müstəqil olmasını himayə edərək, Edinburqda aksiya keçirib.
Yerli medialar aksiyaçıların sayını 20 min nəfər elan ediblər.
Şotlandiya əhalisi son aylar dəfələrlə aksiyalar keçirərək, Şotlandiyanın İngiltərədən müstəqil olması üzrə 2-ci referendumun keçirilməsini istəyibdir.
Şotlandiyanın birinci naziri Nikola Stercen söz veribdir ki, brexti məsələsinin aydınlaşacağı təqdirdə, Şotlandiyanın İngiltərədən müstəqil olması üzrə yeni bir referendum barədə layihələrini xalqa təqdim edəcək.
Şotlandiyanın İngiltərədən müstəqil olması üzrə ilk referendum 2014-cü ildə keçirildi, amma respondentlərin əksəriyyəti bunun əleyhinə səs verdi.
2016-cı İldə İngiltərədə brexit referendumu keçirilərkən Şotlandiyanın İngiltərədən müstəqil olmasının tərəfdarlarının sayı artmışdı, zira şotlandlar Avropa Birliyində qalmaq üçün çox səy göstərmişdilər.