Okt 07, 2018 12:21 Asia/Baku
  • Senatın zəif səsi ilə Trampın Amerika ali məhkəməsinə qalmaqallı seçimi təsdiqləndi
    Senatın zəif səsi ilə Trampın Amerika ali məhkəməsinə qalmaqallı seçimi təsdiqləndi

ABŞ senatı dünən zəif bir əksəriyyətlə bu ölkənin ali məhkəməsindəki boş yerə yiyələnməsi üçün ABŞ prezidentinin qalmaqallı seçiminə etimad edibdir.

ABŞ senatı 50 leyinə və 48 əleyhinə səslə Brett Kavananın Amerika ali məhkəməsinin üzvlüyünü təsdiq edibdir.

Kavana elə bir halda Amerika ali məhkəməsinin üzvü olubdur ki, o, bir neçə qadın tərəfindən "cinsi zorlama"da ittiham olunubdur.

Kavana Amerika ali məhkəməsinin təqaüdə çıxmış hakimi Antoni Kennedinin yerini tutubdur.

Kavananın təsdiqlənməsilə Amerikanın ən mühüm məhkəmə orqanı illər boyu "mühafizəkar respublikaçı"ların ixtiyarında olacaqdır.

Senatın iclası ilə bir zamanda "Qadınlara qarşı cinsi əza-əziyyətlərlə mübarizə" qrupunun üzvlərindən onlarla nəfər ABŞ konqresinin önünə toplaşaraq, Kavananın səlahiyyətinin rədd olunmasını istəmişdi.

Son aylar da bir çox amerikalı şəxsiyyət və siyasətçi maliyyə və əxlaq pozuntusunda ittiham olunubdur.

Nyus-Uik həftəliyi son zamanlar bəzi amerikalı rəsmilərin maliyyə və əxlaq pozuntusu işlərinə istinadla Tramp hökumətini bu ölkə tarixinin ən pozğun hökuməti adlandırmışdı.

Teqlər