H.Klinton Trampın hərəkətlərini sərt tənqid edib
Amerikanın keçmiş dövlət katibi bu ölkə prezidentinin siyasətləri və hərəkətlərini amerikalıların zərərinə adlandırıb.
Amerikanın keçmiş dövlət katibi və 2016-cı il Amerika prezident seçkilərində demokratların əsas namizədi Hillari Klinton dünən CNN telekanalı ilə müsahibədə deyib ki, Amerika prezidenti Donald Tramp qanun hakimiyyətini zəiflədibdir.
Hillari Klinton sonra deyib: Tramp seçkilərin legitimliyini azaldıb və korrupsiyaya rəvac veribdir ki, bu işi onun özü, həmçinin onun ailə üzvləri və hökumətdəki qüvvələri ticarət fəaliyyətlərində həyata keçiriblər.
"Amerikadakı bütün orqanlara etimadımızı itirməkdəyik və bu ölkə xalqı konqres, mətbuat və kilsə barədə yaxşı fikrə malik deyil" deyən Amerikanın keçmiş dövlət katibi əlavə edib: Amerika prezidenti diktatorları alqışlayır və tamamilə aydındır ki, müstəbidlik meyllərinə malikdir.
Amerikada 2018-ci il ara seçkilərinin yaxınlaşması ilə demokratların və Trampın bir-birilərinə qarşı hücumları şiddətlənibdir.
Noyabrda Amerikada keçiriləcək 2018-ci il ara seçkilərində konqresin nümayəndələr palatasının 435 yeri və senat yerlərinin üçdə biri səsə qoyulacaqdır.