Almaniyanın qərbində silahlı insident; 2 nəfər həyatını itirdi
https://azeri.sahartv.ir/news/dünya-i326002-almaniyanın_qərbində_silahlı_insident_2_nəfər_həyatını_itirdi
Almaniya rəsmiləri ölkənin cənub-qərbində baş vermiş silahlı insident nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin də yaralandığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2018 17:55 Asia/Baku
  • Almaniyanın qərbində silahlı insident; 2 nəfər həyatını itirdi
    Almaniyanın qərbində silahlı insident; 2 nəfər həyatını itirdi

Almaniya rəsmiləri ölkənin cənub-qərbində baş vermiş silahlı insident nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin də yaralandığını bildiriblər.

Asoşeyted Press-in verdiyi məlumata görə, Almaniya rəsmiləri cümə günü səhər Kreşhaym şhərində baş vermiş silahlı insidentdə 2 nəfərin öldüyünü və iki polis əməkdaşının da yaralandığını bildiriblər. 

Almaniya rəsmiləri hadisə barədə əlavə məlumat verməyərək, öldürülən şəxslərin kimliyinə və silahlı insidentin səbəblərinə aydınlıq gətirməyiblər. 

Almaniya ötən aylarda bir neçə dəfə terror hücumunun şahidi olub. Bu terror hücumlarında onlarla nəfər ölüb və yaralanıb.