Amerikalı senatorlar Ağ Ev-in Qaşıqçının qətli ilə bağlı mövqeyini tənqid ediblər
Amerikalı senatorlar bu ölkə hökumətinin səudiyyəli tənqidçi jurnalistin qətli barədə ciddi reaksiya göstərməsi, bu məsələni izləməsi və Ərriyad-ın bu haqda cavabdeh olmasını istəyiblər.
ABŞ senatının xarici əlaqələr komitəsinin sədri Bob Korker Ağ Ev-in Qaşıqçının qətli ilə bağlı mövqeyini tənqid edib. Bildirib ki, Ərəbistan başçılarının Camal Qaşıqçının qətli barədəki mövqelərinin dalbadal dəyişilməsi qəbuledilməzdir.
Demokrat senator Bob Menendes də vurğulayıbdır ki, səud rejimi Qaşıqçının qətlinə cavabdeh olmalıdır.
Digər demokrat senator Tim Keyn isə belə deyib: Səudiyyə Ərəbistanının Camal Qaşıqçının öldürülməsi barədəki izahatı təhqir hesab olunur və bu vəhşilik dayandırılmalıdır.
Qaşıqçı oktyabrın ikisində Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı.
Medialar Türkiyənin təhlükəsizlik mənbələrinə istinadla bir neçə gündən sonra xəbər verdilər ki, səudiyyə vəliəhdi Muhəmməd bin Salmanın yeddi şəxsi cangüdəninin daxil olduğu Ərriyaddan göndərilmiş on beş nəfərlik bir qrup Ərəbistanın İstanbuldakı konsulluğunda tənqidçi jurnalistə işgəncə verərək, onu faciəli şəkildə öldürübdür.