Okt 22, 2018 14:14 Asia/Baku
  • Britaniya, Almaniya və Fransa jurnalist Camal Qaşıqçının qətlini qınadılar
    Britaniya, Almaniya və Fransa jurnalist Camal Qaşıqçının qətlini qınadılar

Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri birgə bəyanat yayaraq, ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsini qınayıblar.

Fransa, Britaniya və Almaniyanın xarici işlər nazirləri Jan İv Le Drian, Ceremi Hant və Heyko Mas bu birgə bəyanatda bildiriblər: Jurnalist Camal Qaşıqçının qətlini heç nə ilə əsaslandırmaq mümkün deyil. 

Bu üç Avropa ölkəsinin xarici işlər nazirləri Ərəbistanın jurnalistin ölümü ilə bağlı açıqlamasını rədd edərək, bildiriblər: Həqiqətən nə baş verdiyinə aydınlığın gətirilməsi təcili zərurətdir. 

Almaniya kansleri Angela Merkel də Camal Qaşıqçının qətlə yetirilməsini qınayaraq, deyib: Bu hadisə ilə bağlı şübhəli məqamlara aydınlıq gətirilənə kimi Ərəbistana silah satışı dayandırılır. 

ABŞ-ın Xarici Əlaqələr Şurasının sədri Rİçard Haass da Tvitterdə paylaşdığı yazıda deyib: ABŞ-ın Ərəbistanla bağlı xarici siyasətinin başlıca prioriteti bu ölkənin silahla təmin edilməsinin məhdudlaşdırılması və Tramp hökumətinin Yəmən müharibəsi ilə bağlı şəffaflıq yaratması habelə, Ər-Riyadı İran ilə qarşıdurmadan çəkindirmək olmalıdır. 

Haass əlavə edib: ABŞ-ın qeyd-şərtsiz olaraq Ərəbistanı dəstəklədiyi günlər başa çatmalıdır. Çünki, Ərəbistan vəliəhdi Məhəmməd bin Salman öz rəftarları ilə belə bir dəstəyə layiq olmadığını sübut edib. 

Ərəbistanlı tənqidçi jurnalist Camal Qaşıqçı 2 oktyabrda İstanbulda Ərəbistanın baş konsulluğuna müraciət etdikdən sonra şübhəli şəkildə yoxa çıxıb. Bu hadisədən bir neçə gün sonra, medialar Qaşıqçının qətlə yetirildiyini bildirdilər. 

Ərəbistan başçıları isə baş vermiş hadisə qarşısında 18 gün sükut etdikdən sonra, Qaşıqçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsini təsdiq edərək, hadisənin təsadüfən baş verdiyini iddia ediblər. 

Beynəlxalq təşkilatlar o cümlədən Beynəlxalq Amnistiya Təşkilatı və bir çox ölkə Ər-Riyadın Qaşıqçının qətli ilə bağlı saxta ssenari təqdim etdiyini bildirərək, bu barədə şəffaf araşdırmaların aparılmasını istəyirlər. 

Teqlər