Trampın partlayıcı bağlamaların göndərilməsinə münasibəti
https://azeri.sahartv.ir/news/dünya-i326522-trampın_partlayıcı_bağlamaların_göndərilməsinə_münasibəti
ABŞ prezidenti bu ölkənin müxtəlif məkanlarına partlayıcı bağlamaların göndərilməsinə reaksiyada bildirib ki, bu macəranın gizli cəhətlərini üzə çıxaracaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2018 08:07 Asia/Baku
  • Trampın partlayıcı bağlamaların göndərilməsinə münasibəti

ABŞ prezidenti bu ölkənin müxtəlif məkanlarına partlayıcı bağlamaların göndərilməsinə reaksiyada bildirib ki, bu macəranın gizli cəhətlərini üzə çıxaracaqdır.

Donald Tramp dünən deyib: Amerikanın bəzi keçmiş siyasi xadimlərinə partlayıcı maddələrin göndərilməsi pisləniləsi bir hərəkətdir.

Çərşənbə günü amerikalı rəsmilərə partlayıcı maddələrə malik bağlamaların göndərilməsi bu ölkəni şoka salıbdır.

Partlayıcı maddələrə malik bir neçə bağlama indiyədək ABŞ-ın sabiq prezidenti Barak Obamanın ofisinə, CNN telekanalının Nyu-Yorkdakı ofisinə, Klintonlar ailəsinə və bəzi digər amerikalı demokrat rəsmilərin ünvanlarına göndərilibdir.

Amerikanın keçmiş xarici işlər naziri Hillari Klinton dünən onun iş yerinə partlayıcı bağlamanın göndərilməsinə belə münasibət bildirib: Amerika nigaranedici bir dövrdə yaşayır.