Okt 26, 2018 15:52 Asia/Baku
  • Fransa ordusu və Ruanda soyqırımı
    Fransa ordusu və Ruanda soyqırımı

Fransa ordusunun 1994-cü ildə Ruandada törədilən soyqırımındakı rolunu ifşa edən video-görüntülər ifşa edilib.

"Fransa 24" informasiya kanalı cümə axşamı "Media Party" internet portalına istinadla Fransa ordusunun Ruanda soyqırımında iştirakına dair video görüntülər yayımlayıb. Bu video-görüntülər Fransa ordusunun Biseseroda törədilən qırğınları önləmək üçün heç bir addım atmadığına dəlalət edir. 

6 aprel 1994-cü ildə içində Ruanda prezidenti Juvenalya Xabiarimana  və Burundi prezidenti Siprien Ntaryamiranın da olduğu təyyarə Ruandanın paytaxtı Kiqaliyə çatmamış vuruldu. Və təyyarədə olan hər kəs öldü. Məhz həmin gündən soyqırım başladı: əsgərlər, polislər və könüllülər tez bir zamanda tutsilərin əsas hərbi və siyasi xadimlərini o cümlədən də hutuların arasında hakimiyyətdəki boşluğu doldura biləcək tərəfsiz siyasətçi və hərbiçiləri aradan götürdülər. Tezliklə hər yanda sərhəd-keçid məntəqələri və barikadalar qurub tutsiləri öldürməyə başladılar onların tutsi olduğunu isə sənədləri yoxlamaqla bilirdilər. Soyqırımın təşkilatçıları hutuları qonşuları tutsiləri zorlamaq, döymək, öldürmək və əmlaklarını məhv edib, mənsimək üçün silahlanmağa çağırır və bəzən də məcbur edirdilər. 

 “Hutu”ların 1990-cı ildə Ruanda Vətənpərvərlər Cəbhəsi ilə hökumət arasında imzalanmış  “Sülh razılaşması”nı pozmaları RVC-nin hücumlarının bərpa olunmasına səbəb oldu tezliklə ölkənin şimalı iyulun ortalarında isə paytaxt Kiqali tutuldu və bununla da qırğın dayandırıldı. 

BMT, ABŞ, Böyük Britaniya və Belçika BMT-nin Ruandaya Kömək Missiyasına daha çox dəstək verib səlahiyyətlərini artırmadıqlarına və hərəkətsizliyə görə tənqid olundular.

Fransa isə “tutsilərin soyqırımı”nda Ruanda hökümətinə dəstəkdə ittiham olunurdu.Biseseroda törədilən qırğınlarda Fransa ordusunun seyrici mövqe tutması ilə bağlı Fransada uzun sürən məhkəmə prosesi başladılsa da, sonralar Fransanın məhkəmə orqanları bu işlə bağlı araşdırmalarda heç bir irəliləyişin olmadığını behanə edərək, cinayət işini bağlı elan etdi. 

 

Teqlər