Makron Avropa Birliyinin mühacirət prinsiplərinə laqeyd yanaşma haqda xəbərdarlıq etdi
Fransa prezidenti Avropa Birliyinin mühacirətlə bağlı prinsiplərinə əhəmiyyət verməyən bəzi üzv ölkələrə xəbərdarlıq etdi.
Fransa prezidenti Emanuel Makron cümə günü Slovakiya və Çex Respublikasına olan səfəri zamanı jurnalistlər qarşısında verdiyi açıqlamada bir daha deyib: Avropa bir supermarket deyil. Ölkələr Avropanın büdcəsindən faydalanıb, amma, mühacirət məsələsində həmrəylikdən boyun qaçırda bilməzlər.
Makron daha sonra xüsusilə Macarıstan və Polşanın Avropa Birliyinin mühacirətlə bağlı prinsiplərinə tabe olmaqdan imtina etmələrini narahatlıq doğuran məqam adlandırıb.
"Visegrad" qrupunda bir araya gələn Çex Respublikası, Polşa, Slovakiya və Macarıstan mühacirlərin qəbul edilməsi üzrə Avropa Birliyi tərəfindən qəbul edilən kvotanı rədd edirlər.