Gürcüstanda prezident seçkilərinin nəticəsi ikinci mərhələdə müəyyən olacaq
https://azeri.sahartv.ir/news/dünya-i326651-gürcüstanda_prezident_seçkilərinin_nəticəsi_ikinci_mərhələdə_müəyyən_olacaq
Gürcüstanda keçirilən prezident seçkilərinin iki əsas rəqibindən heç birinin səslərin 50%-ni əldə edə bilməməsinə görə, seçkilərin nəticəsi ikinci mərhələdə müəyyənləşəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2018 09:22 Asia/Baku
  • Gürcüstanda prezident seçkilərinin nəticəsi ikinci mərhələdə müəyyən olacaq
    Gürcüstanda prezident seçkilərinin nəticəsi ikinci mərhələdə müəyyən olacaq

Gürcüstanda keçirilən prezident seçkilərinin iki əsas rəqibindən heç birinin səslərin 50%-ni əldə edə bilməməsinə görə, seçkilərin nəticəsi ikinci mərhələdə müəyyənləşəcək.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, hakim partiyanın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və müxalifətin dəstəklədiyi namizəd Qriqol Vaşadze Gürcüstanda prezident seçkilərinin iki əsas rəqibi sayılır. Onların heç biri seçkilərin qalibi olmaq üçün lazım olan limiti aşa bilməyib. 

Gürcüstanda prezident seçkiləri dünən keçirildir. Seçicilərin seçkilərdəki iştirakı 47% olub. 

Gürcüstanda keçirilən seçkilərdə ümumilikdə 25 namizəd iştirak edib. Əsas namizədlər isə sabiq xarici işlər naziri Salome Zurabişvili və keçmiş prezident Mixail Saakaşvilinin komanda üzvlərində olmuş Qriqol Vaşadzedir. 

Bu seçkilər Gürcüstanda prezidentin xalq tərəfindən seçildiyi sonuncu seçkilərdir. Və ilk dəfə olaraq prezident 6 illik bir müddət üçün seçilir. 

2024-cü ildə Gürcüstan prezidenti 150-si parlament üzvlərindən, digər 150-si isə yerli qrumların nümayəndələrindən ibarət olan 300 nəfərlik bir şura tərəfindən seçiləcək.