Tramp mühacirlərə divan tutulmasına dəstək verib
Noy 02, 2018 14:13 Asia/Baku
ABŞ prezidenti bu ölkənin sərhədləri arxasında duran miqrantlara divan tutulmasına dəstək verib.
Donald Tramp Amerikanın sərhədlərinə tərəf hərəkət edən mühacirlərə xəbərdarlıq edibdir ki, Amerikaya daxil olmaq üçün öz vaxtlarını hədərə verməsinlər, zira onların bu ölkə ərazisinə qanunsuz girişləri ilə amansız rəftar olunacaqdır.
Tramp əlavə edib: Bu, miqrantlardan ibarət qanunsuz bir karvandır və onların Amerikaya girmələrinə icazə verməyəcəyik.
Trampın sözlərinə görə, mühacirlərin ailələrinin bir-birilərinin kənarında saxlanılması üçün sərhəddə müvəqqəti mərkəzlər yaradılacaqdır.
Amerika preizidenti bu ölkənin Meksika ilə sərhədlərinə daha beş min hərbi qüvvənin göndərilməsindən xəbər veribdir.