Rusiya və Kuba ABŞ-ın hərəkətindən nigarandırlar
Rusiya prezidenti və Kubanın hökumət şurası və nazirlər birliyinin sədri müştərək bəyanatda Amerikanın qısa və orta mənzilli nüvə raketlərini qadağan edən müqavilədən çıxmasına dair qərarından nigaranlıq ifadə ediblər.
Vladimir Putin dünən gecə Kreml sarayında Migel Mario Diaz Kanel Bermudes ilə birgə mətbuat konfransında müştərək bəyanat verərək silahlanma üzrə rəqabətin qarşısının alınması üçün beynəlxalq rəqabətlərin vacibliyini vurğulayıb və bəzi ölkələr tərəfindən birtərəfli sanksiyaların tətbiq edilməsini və əsassız ittihamların səsləndirilməsini destabillik amili adlandırıblar.
Rusiya prezidenti bildirib ki, Rusiya və Kuba kibernetik sahə də daxil terrorizm ilə mübarizə səylərini genişləndirəcəklər.
Putin Rusiyanın Kuba iqtisadiyyatının modernləşdirilməsində iştiraka hazır olduğunu bildirərək Kuba tərəfi ilə müzakirələri konstruktiv adlandırıb .
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da dünən Bermos ilə görüşündə Kuba ilə əlaqələrin siyasi şəraitin təsiri altına düşmədiyini xatırladaraq deyib: Havana Rusiyanın Karaib dənizindəki etibarlı ortağıdır.