Putin dünyada strateji müvazinətin dəyişdirilməsi üzrə cəhdlər barədə xəbərdarlıq edib
-
Putin dünyada strateji müvazinətin dəyişdirilməsi üzrə cəhdlər barədə xəbərdarlıq edib
Rusiya prezidenti bəzi ölkələrin dünyada strateji müvazinətin dəyişdirilməsi üzrə cəhdləri barədə xəbərdarlıq edib.
Vladimir Putin Rusiya Baş Kəşfiyyat İdarəsinin yaradılmasının yüzilliyi münasibətilə verdiyi müraciətdə dünyada gərginliklər və qarşıdurmaların sayının artması və strateji müvazinətlərin dəyişdirilməsi məqsədilə təhrikedici hərəkətlər və yalandan istifadə barədə xəbərdarlıq edərək, Rusiyanın kəşfiyyat təşkilatlarının bu vəziyyətlə mübarizədəki rolunu olduqca mühüm adlandırıb.
Putin həmçinin Moskvanın Suriya ilə bağlı mövqeyini müdafiə edərək, Rusiyanın kəşfiyyat təşkilatlarının Suriyada terrorizmlə savaşdakı rolunu yüksək qiymətləndirib və vurğulayıb ki, Rusiyanın kəşfiyyat orqanları Suriyada terrorçuların məhv edilməsində və bu ölkədə sülhün bərpasına kömək istiqamətində qətiyyətli və təyinedici rol oynayıblar.