Trampın yalanları artıb
-
Trampın yalanları artıb
Bir fransız qəzet Amerika ara seçkilərində öz partiya yoldaşlarının xeyrinə ən çox səs cəlb etmək istiqamətində Trampın yalanlarının artmasından xəbər verib.
"Le-Puan" qəzeti bir məqalədə Trampın 22 oktyabr seçki kampaniyasındakı çıxışına və orta təbəqə üçün vergilərin on faiz azaldılması vədinə toxunaraq, belə qeyd edib: Tramp həmin çıxışda yalandan deyibdir ki, vergilərin azaldılması iki həftədən sonra başlanacaq, halbuki konqres ara seçkilərindən sonrayadək iclas keçirməyəcəkdir. Bu üzdən, bu vədin reallaşması mümkünsüzdür.
Bu fransız qəzet Trampın Ərəbistanla 110 milyard dollarlıq silah sövdələşməsindən əldə olunan iş yeri fürsətlərinin sayı və Yaxın Şərqdən olan ekstremistlərin Mərkəzi Amerika mühacirlərinin hərəkətdə olan karvanına daxil olmaları barədəki iddiasını Trampın yalanlarının digər nümunələrindən adlandırıb.