Moqerini: Moskva ilə danışıqları davam etdirəcəyik
Avropa Birliyi xarici siyasət koordinatoru deyib: AB Rusiyaya qarşı sanksiyaların kənarında bu ölkə ilə danışıqları da davam etdirəcək.
İTARTAS-ın verdiyi məlumata görə, Federika Moqerini bu gün Kanadanın Montral şəhərində universitet tələbələri ilə görüşündə Rusiyaya qarşı sanksiyalar və2014-cü ildə Krim yarımadasındakı reıferendum ilə əlaqədar məsələlərə toxunaraq AB ilə Rusiya əlaqələrinin bu mövzulara məhdudlaşmadığını deyib.
Moqerini deyib: AB özünün xarici və təhlükəsizlik siyasətində bəzi hallarda o sıradan nüvə sazişi çərçivəsində Rusiya ilə əməkdaşlıq edir və fikir ixtilafları olan digər məsələlərdə müzakirə aparır.
2014-cü ildən qərb ilə Rusiya arasında əlaqələr NATO-nun şərqə doğru genişlənməsi və Ukrayna böhranı kimi mövzulara görə gərginləşib.