Tramp: Makronun Avropa ordusu ideyası təhqiramizdir
-
Makronun Avropa ordusu ideyası təhqiramizdir
ABŞ prezidenti Parisə səfərində fransız həmkarının Avropa ordusunun yaradılmasına dair ideyasına qarşı çıxıb.
İRNA-nın verdiyi məlumata görə, birinci dünya müharibəsinin sona çatmasının ildönümü mərasimlərində iştirak etmək üçün Parisə səfər etmiş ABŞ prezidenti Donald Tramp,bu şəhərə daxil olduqdan sonra Fransa prezidenti Emanuel Makrona qarşı bir tvittdə yazıb: Onun Avropa ordusunun yaradılmasına dair ideyası təhqiramizdir.
Tramp yazıb: Avropa ilk öncə Şimali Atlantika Müqaviləsi Təşkilatındakı(NATO) ədalətli payını ödəməlidir, Amerika bu alyansa çoxlu maliyyə yardımları etmişdir.
Makron ötən həftə Avropa ordusunun yaradılmasının vacibliyini vurğulayaraq demişdi ki, Avropa təklikdə və Amerikaya asılı olmadan daha müstəqil şəkildə özünü müdafiə etməlidir.
Trampın iddiasına rəğmən bir çox ekspertlərə görə NATO-nun Avropada və dünyanın digər bölgələrindəki fəaliyyətinin xərclərinin böyük hissəsi, Amerikanın dünya səviyyəsində militaris siyasətərinin nəticəsidir.