İranın xalqı və dövləti sanksiyalarla mübarizə üçün birliyə malikdirlər
https://azeri.sahartv.ir/news/dünya-i327688-İranın_xalqı_və_dövləti_sanksiyalarla_mübarizə_üçün_birliyə_malikdirlər
Rusiya xarici işlər nazirinin müavini deyib ki, İranın xalqı və dövləti sanksiyalarla mübarizə üçün birliyə malikdirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2018 15:36 Asia/Baku
  • İranın xalqı və dövləti sanksiyalarla mübarizə üçün birliyə malikdirlər
    İranın xalqı və dövləti sanksiyalarla mübarizə üçün birliyə malikdirlər

Rusiya xarici işlər nazirinin müavini deyib ki, İranın xalqı və dövləti sanksiyalarla mübarizə üçün birliyə malikdirlər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün Moskvada IRNA ilə müsahibədə deyib: İran iqtisadiyyatının möhkəmliyinə göz yummaq olmaz, zira İranın iqtisadi və dövlət orqan və təşkilatları Amerikanın sanksiyaları qarşısında müqavimət göstərirlər.

Ryabkov əlavə edib: İran Amerikanın təxribatçı siyasətləri ilə mübarizə üçün həll yolları tapa bilər.

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Amerika özünün məntiqsiz və mənsəbpərəst siyasətlərinin davamında İranın xalqı və dövlətinin iradəsini qırmaq niyyətindədir. O, qeyd edib ki, bu məqsəd heç vaxt həyata keçməyəcəkdir.

ABŞ dövləti beynəlxalq müxalifətlərə rəğmən, noyabrın beşindən etibarən anti-İran sanksiyalarını bank, neft və ticarət sektorlarında bərpa edibdir.