Hollandiya Səudiyyə rejiminə qarşı silah sanksiyasını dəstəkləyib
https://azeri.sahartv.ir/news/dünya-i328046-hollandiya_səudiyyə_rejiminə_qarşı_silah_sanksiyasını_dəstəkləyib
Hollandiya hökuməti Səudiyyə Ərəbistanına qarşı silah sanksiyasını dəstəklədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2018 07:14 Asia/Baku
  • Hollandiya Səudiyyə rejiminə qarşı silah sanksiyasını dəstəkləyib

Hollandiya hökuməti Səudiyyə Ərəbistanına qarşı silah sanksiyasını dəstəklədiyini bildirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Hollandiya xarici işlər naziri Stef Blok bu ölkənin parlamentində etdiyi çıxışında deyib: Hollandiya da digər ölkələrlə yanaşı BMT TŞ-də Səudiyyə rejiminə qarşı silah sanksiyasına dəstək verir. 

S.Blok həmçinin Yəməndə durumun acınacaqlı olduğunu  vurğulayıb, ölkəsinin ABŞ və Britaniyanın əksinə olaraq Səudiyyə hərbçilərinin təchiz edilməsində heç bir rola malik olmadığını diqqətə çəkib. 

Səudiyyəli müxalif jurnalistin Ərəbistanın İstanbuldakı səfirliyində qətlə yetirilməsindən sonra Ərrəyada qarşı silah blokadası tələbi daha geniş vüsət alıb.