Noy 20, 2018 21:39 Asia/Baku
  • MKİ-nin keçmiş rəsmisi İranın Tramp qarşısında müqavimət üzrə əzmkarlığını etiraf edib
    MKİ-nin keçmiş rəsmisi İranın Tramp qarşısında müqavimət üzrə əzmkarlığını etiraf edib

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi İranın Tramp dövlətinin təzyiqləri qarşısında müqavimət üzrə əzmkarlığını etiraf edib.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi Maykl Hayden sionist "Ceruzalem post" qəzeti ilə müsahibədə əlavə edib: İranın nüvə anlaşmasının hazırkı çıxılmaz vəziyyətinə münasibəti Tramp dövlətinin iş dövrünün 2020-ci ildə başa çatmasınadək bu dövlət qarşısında müqavimət kimi görünür.

Hayden qeyd edib ki, iranlıların hazırda atdıqları hər bir addım sonda onların xeyrinə qurtaracaq.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi əlavə edib: İran məsələləri və iqtisadi mövzular üzrə bir çox ekspert bildiribdir ki, Asiya ölkələrinin İrana dəstəklərinin davam etməsilə Tehran sanksiyaların təzyiqi qarşısında müqavimət edə bilər.

 

Teqlər