G-20 iclası ərəfəsində Argentinada uçuşlar ləğv edilib
Argentinanın Milli Avyasiya şirkəti G-20 qrupunun bu ölkədə keçiriləcək iclası ərəfəsində 370 uçuşun ləğv edilməsindən xəbər verib.
Röytersin verdiyi məlumata görə, Argentinanın aviyasiya şirkəti dünən bildirib ki, pilotlar və digər işçilərin tətil elan etdiklərinə görə, bazar ertəsi günü üçün planlaşdırılmış bütün uçuşlar ləğv edilib və bu 40 min sərnişinin planlarını alt-üst edir.
Argentina rəsmiləri infliyasiya və iqtisadi durğunluq ilə üz-üzədirlər və ümid edirlər ki, ölkə prezidenti Maourisiu Makrinin bazar siyasətlərini nümayiş etdirmək üçün G-20-nin iclasından faydalanacaqlar.
Fəhlə sindikatlarının təkrar tətillər elan etməsi Argentinaya xarici investisiya qarşısında ən əsas amillərdən hesab olur.
Dünyanın 20 böyük iqtisadi güclərinin iclası 30 noyabrda Argentinada keçiriləcək.