Noy 27, 2018 12:44 Asia/Baku
  • Berlin və Paris Moskva-Kiyev münaqişəsində vasitəçilik təklifi ilə çıxış ediblər
    Berlin və Paris Moskva-Kiyev münaqişəsində vasitəçilik təklifi ilə çıxış ediblər

Almaniyanın xarici işlər naziri Berlin və Parisin Moskva-Kiyev münaqişəsində vasitəçilik təklifini irəli sürüb.

Hayko Mas Madrid səfəri gedişində deyib: Fransa və Almaniya lazım gələrsə, Rusiya ilə Ukrayna arasındakı münaqişənin ciddi bir böhrana çevrilməsinin qarşısını almaq üçün vasitəçi kimi səy göstərəcəklər.

Qərar üzrə Fransa, Almaniya, Rusiya və Ukraynanın xarici işlər nazirliklərinin rəsmiləri Berlində görüşməlidirlər.

Bu danışıqlar son böhran yaranmazdan öncə planlaşdırılmışdı.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti dünən axşamçağı bildirib ki, üç Ukrayna gəmisini müsadirə edib. Rus sərhədçilər Ukrayna gəmilərini müsadirə etmək üçün onlara tərəf atəş açıblar; üç ukraynalı ekipaj üzvü yaralanıbdır.

Teqlər