Tramp öz hökumətinin iqlim dəyişiklikləri barədəki hesabatını rədd edib
-
Tramp öz hökumətinin iqlim dəyişiklikləri barədəki hesabatını rədd edib
ABŞ prezidenti qlobal istiləşmənin təbii hadisələr üzərindəki təsirlərini təsdiqləyən öz hökumətindəki orqanlar və nazirliklər tərəfindən hazırlanmış iqlim dəyişiklikləri barədəki hesabatı rədd edib.
Donald Tramp deyib ki, iqlim dəyişikliklərinin Amerika iqtisadiyyatına gətirəcəyi milyard dollarlıq xərclər barədə öz hökuməti tərəfindən hazırlanmış hesabata inanmır.
Tramp qəribə bir reaksiyada bu hesabatı "qeyri-dəqiq" adlandırıb.
ABŞ hökuməti ötən cümə günü bu ölkənin bir neçə orqanı və nazirliyi tərəfindən dörd ildən bir yayılan iqlim dəyişiklikləri barədə dövri hesabatı təqdim etdi.
Bu hesabat etiraf edir ki, iqlim dəyişikliyi iyirmi birinci əsrin sonunadək ABŞ iqtisadiyyatına yüz milyardlarla dollar xərc gətirəcək və insan sanitariyasından tutmuş kənd təsərrüfatı məhsulları və infrastrukturlarınadək hər bir şeyi zərərə salacaqdır.
Amerikanın onlarla hökumət təşkilatı və nazirliyinin həmkarlığı ilə hazırlanmış iqlim dəyişiklikləri hesabatı qlobal istiləşmənin iqlim dəyişikliklərinə və tufan kimi təbii hadisələrin şiddətlənməsinə təsirini təsdiq edir.
Tramp öz prezidentlik dövrünün başlanğıcında ilk addımlarından biri kimi, Amerikanı iqlim dəyişikliklərinin qarşısını almaq üçün iki yüzə yaxın ölkə tərəfindən imzalanmış 2015-ci il Paris iqlim razılaşmasından çıxardı.
Amerika prezidenti bu razılaşmanı ABŞ iqtisadiyyatının zərərinə adlandıraraq, onun ətraf mühitin qorunması üzrə mənfəətlərini cüzi hesab edibdir.