Noy 27, 2018 17:23 Asia/Baku
  • Makron Fransadakı son anti-hökumət etirazlarına reaksiya verib
    Makron Fransadakı son anti-hökumət etirazlarına reaksiya verib

Fransa prezidenti bu ölkədə yanacaq qiymətinin artırılmasına qarşı son etirazları savaş səhnələrinə bənzədib.

Fransa hökumətinin sözçüsü Benyamin Qrivo bildirib ki, bu ölkənin prezidenti Emmanuel Makron dünən nazirlər kabinetinin iclasında bu ölkədə yanacaq qiymətinin artırılmasına qarşı Şanzelize prospektində keçirilmiş 24 və 25 noyabr aksiyalarını pisləyib.

Qrivonun sözlərinə görə, Makron bu iclasda etiraf edib ki, mediaların Fransada və bu ölkədən xaricdə əks etdirdikləri səhnələrin təsirini əhəmiyyətsiz hesab etmək olmaz.

Makron hökumətinin kerosin və benzin daxil olmaqla yanacaq qiymətinin artırılmasına dair proqramına və Fransa prezidentinin nəzərdə tutduğu digər iqtisadi islahat proqramlarına reaksiyada keçirilən "Sarı gödəkçəlilər" hərəkatı ilə tanınan etirazlar davam etməkdədir.

Fransada sürücülər, həmçinin siyasi partiyalar, ticarət və fəhlə həmkarlar ittifaqlarının bir qrupu bu etirazların fəallarından hesab olunurlar.

Teqlər