Vaşinqtonda Argentina səfirliyi qarşısında Bin Salmana qarşı aksiya
Camal Qaşıqçının qətli mövzusu Argentinada keçirilən G20 sammitinə kölgə salıb. Səudiyyə Ərəbistanının vəliəhdinin bu iclasda iştirakı etirazlara səbəb olub.
22 min polis və təhlüksizlik qüvvəsinin fəaliyyəti kənarında Argentina paytaxtı Buenos Ayresdə keçirilən iki günlük G20 sammitinə Səudiyyə vəliəhdi Bin Salmanın iştirakı bu iclasın gündəminə təsir buraxıb.
Vaşinqtonda Argentinanın səfirliyi qarşısı da Səudiiyyə vəliəhdinə qarşı etiraz aksiyasının şahidi olub. Aksiyaçılar Bin Salmanın cinayətkar olduğunu, Yəməndə minlərlə günahsın insanın qətlində eləcə də jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşıdığını bildirərək onun həbs edilməsini istəyiblər. Bu etirazlara və İnsan Haqları Gözətçiləri Təşkilatının Bin Salmana qarşı qaldırdığı şikayətə cavab olaraq argentinalı bir hakim Bin Salmana qarşı cinayət işi açmağa hazır olduğunu bildirib. Argentinanın xarici işlər naziri isə Məhəmməd Bin Salmanın siyasi toxunulmazlığının Argentina məhkəməsinin ona qarşı şikayətləri qəbul etməsinə mane ola bilməz. Argentina prezidenti Mao Ritsio Makre də G20 qrupunun rəhbərlərinin Səudiyyə vəliəhdinə qarşı ittihamlarını müzakirə etməsi ehtimalından xəbər verib. Avropa rəhbərləri o sıradan Britaniya və Fransa başçıları da bildiriblər ki, Bin Salmanla danışıqlarında Qaşıqçı macərası ilə əlaqədar ciddi təhqiqatların aparılmasının vacibliyini xatırladacaqlar. Digər tərəfdən Adeoşieytet Press Argentinada keçirilən G20 qrupunun sammit iclasına qısa qatılmaq cəhdlərinə toxunaraq bunun Amerikanın gün-gündən artmaqda olan beynəlxalq səviyyədə təcridinin əlaməti adlandırıb.