Fransada fövqəladə vəziyyət elan oluna bilər
Fransa hökumətinin sözçüsü bildirib ki, bu ölkənin baş naziri və daxili işlər naziri ölkədəki çaxnaşmaların təkrarlanmasının qarşısını almaq məqsədilə fövqəladə durumun tətbiq edilməsi barədə məşvərət edəcəklər.
Fransa hökumətinin sözçüsü Benyamin Qrivo fövqəladə vəziyyətin tətbiq edilməsi imkanı barədə deyib ki, baş nazir Edvard Flipp və daxili işlər naziri Kristof Kastaner bu gün keçiriləcək iclasın bütün seçimləri barədə məşvərət edəcəklər.
Fransa hökumətinin sözçüsü əlavə edib: Hökumət icra edilə bilinən hərəkətlər barədə proqramlaşdırma aparmalıdır ki, bu cür hadisələr təkrar olmasın.
Fransanın daxili işlər nazirliyi bundan öncə bildirmişdi ki, bu ölkədə keçirilən "Sarı gödəkçəlilər" adlı etirazlarda azı 75 min nəfər iştirak edibdir.
Bu etirazlar nəticəsində indiyədək 190 yanğın baş verib və altı bina yanıbdır.