Makron geri addım atdı
Fransa prezidenti Emanuel Makron ölkədə xalq etirazlarının genişlənməsinin ardınca geri addım atmağa məcbur olaraq daxili işlər naziri Edvar Filipə xalqın nümayəndələri ilə müzakirələrin aparılmasına dair göstəriş verib.
İRİB-nin verdiyi məlumata görə, Makron bundan öncə ölkədəki xalq etriazlarına reaksiya olaraq, xalqın səsini eşitdiyini ancaq, öz mövqeyindən geri çəkilməyəcəyini demişdi.
Şənbə günü Fransada keçirilən etiraz aksiyalarının polisin müdaxiləsi ilə ciddi qarşıdurmaya çevrilməsinin ardınca prezident Emanuel Makronun iştirakı ilə fövqəladə vəziyyət iclası keçirilib.
Fransa prezidenti daha öncə aksiya iştirakçılarını cəzalandırılacaqları ilə təhdid etmişdi.
Emanuel Makronun iqtisadi islahat siyasəti ölkədə xalq etirazlarının baş qaldırmasına səbəb olub. "Sarı Gödəkçəlilər" adı ilə məşhurlaşan kapitalizm əleyhinə etiraz aksiyaları ötən 3 həftə ərzində bütün Fransaya yayılıb.
Bu etirazlar Fransa hökumətinin yanacaq üçün vergilərin artırılmasına dair qərarının ardınca formalaşıb.
İndiyə kimi bu etirazlarda 3 nəfər həlak olub, mindən çox insan yaralanıb.