Narazı sürücülər Parisin Şanzelize məntəqəsini bağlayıblar
Təcili yardım sürücüləri tabeliklərində olan avtomobilləri ilə Parisin Şanzelize prospektini bağlayıblar.
İRİB-nin verdiyi məlumata görə, daha öncə Parisin giriş yollarını avtomobilləri ilə bağlayan təcili yardım sürücüləri bu gün səhər Şanzelize prospektini bağlayaraq, bir neçə avtomobili yandırıblar.
Fransa prezidenti Emanuel Makronun iqtisadi siyasətləri artıq 3 həftədir ki, ölkədə xalq etirazlarının alovlanmasına səbəb olub.
"Sarı Gödəkçəlilər" adı ilə məşhurlaşan etiraz aksiyaları polisin müdaxiləsi ilə qarşıdurmalar və zorakılıq halları ilə yanaşı olub.
Ən son məlumatlara görə, aksiya iştirakçıları ilə polis arasında çıxan toqquşmalarda 3 nəfər həyatını itirib. Təqribən 3 min nəfərin xəsarət aldığı toqquşmalarda çoxlu sayda adam da saxlanılıb.