ABŞ konqresinin müsəlman üzvü: Tramp irqçidir
https://azeri.sahartv.ir/news/dünya-i329603-abŞ_konqresinin_müsəlman_üzvü_tramp_irqçidir
ABŞ konqresinin nümayəndələr palatasının yeni və müsəlman üzvü bu ölkə prezidentini irqçilikdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2018 09:55 Asia/Baku
  • ABŞ konqresinin müsəlman üzvü: Tramp irqçidir

ABŞ konqresinin nümayəndələr palatasının yeni və müsəlman üzvü bu ölkə prezidentini irqçilikdə ittiham edib.

6 noyabrda ara seçkilərdə Miçiqan ştatından nümayəndələr palatasına seçilən müsəlman qadın Rəşidə Talib Hill telekanalına verdiyi açıqlamada deyib: Donald Trampın bəyanatlarında onun rasist siyasət yeritdiyini başa düşmək olur və o buna görə cavabdeh olmalıdır. 

Rəşidə Talib deyib: Tramp Tvitterdəki mesajları ilə siyasətçiləri və ABŞ xalqını çaş-baş qoyur. 

ABŞ xalqı və siyasətçiləri dəfələrlə Trampı irqçi bəyanatlarına görə qınayırlar.