Dek 07, 2018 16:43 Asia/Baku
  • Etirazların qorxusundan Fransadakı turizm məkanları bağlanıb

Fransada anti-hökumət etirazlarının davam etməsindən irəli gələn nigarançılıq bu ölkənin başçılarını Eyfel qülləsi daxil olmaqla turizm məkanlarını bağlamağa məcbur edib.

Fransanın mədəniyyət naziri Frank Rister bu ölkədəki etirazların genişlənməsinə toxunaraq, deyib: Təhdidi bilərkən təhlükə yarada bilmərik.

Rister iddia edib ki, çaxnaşma amilləri sabah Parisdə keçiriləcək aksiyanı yayındırmaq niyyətindədirlər.

Fransanın mədəniyyət nazirinin sözlərinə görə, bu ölkənin Luvr kimi muzeyləri bağlanacaq məkanlardandır.

Sabah-şənbə günü Parisdə Fransa hökumətinin iqtisadi siyasətlərinə qarşı geniş bir aksiyanın keçiriləcəyinin gözlənildiyi bir şəraitdə bu ölkənin başçıları bu etirazlara divan tutmaq üçün geniş tədbirlər görüblər.

Fransa mediaları dünən gecə etiraz aksiyalarını yatırmaq üçün ordu qüvvələrinin Parisə doğru hərəkət etmələrinindən xəbər veriblər.

Fransanın baş naziri Eduard Filipp də bildiribdir ki,  şənbə günü bu ölkə boyunca 65 min təhlükəsizlik qüvvəsi yerləşdiriləcək.

Fransa prezidenti Emmanuel Makronun xüsusən yanacaq və vergi sahəsindəki iqtisadi siyasətlərinə qarşı etirazlar kapitalizmə qarşı "sarı gödəkçəlilər" hərəkatının formalaşması ilə nəticələnərək, sürətlə siyasi xarakter kəsb edibdir.

Teqlər