Fransa etirazları Britaniyaya yayılıb
https://azeri.sahartv.ir/news/dünya-i330254-fransa_etirazları_britaniyaya_yayılıb
Onlarla London sakini Fransa xalqının etirazlarını nümunə götürərək ölkədəki iqtisadi problemlərə və hakim kapitalist üsul idarəsinə qarşı etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2018 06:47 Asia/Baku
  • Fransa etirazları Britaniyaya yayılıb
    Fransa etirazları Britaniyaya yayılıb

Onlarla London sakini Fransa xalqının etirazlarını nümunə götürərək ölkədəki iqtisadi problemlərə və hakim kapitalist üsul idarəsinə qarşı etiraz edib.

Röytersin verdiyi məlumata görə, aksiyaçılar dünən Londonun mərkəzində və Britaniya parlamentinin yaxınlığında yerləşən Vestminster körpüsünü bağlayıblar və ərazidə gediş-gəlişi əngəlləyiblər. 

Aksiyaçılar səsləndirdikləri şüarlarda Britaniyanın dərhal və qeyd-şərtsiz olaraq Avropa Birliyindən çıxmasını istəyiblər. 

Sarı gödəkçəlilər adı altında İqtisadi və kapitaliast sistemə qarşı etirazlar bir aydır Fransada formalaşıb və bu gün Belçika və Hollandiya kimi başqa ölkələrə də yayılıb.