Fransada "Sarı gödəkçəlilər"in etiraz aksiyasında həyatını itirənlərin sayı artır
https://azeri.sahartv.ir/news/dünya-i330312-fransada_sarı_gödəkçəlilər_in_etiraz_aksiyasında_həyatını_itirənlərin_sayı_artır
Fransa polisinin sosial-iqtisadi problemlərə etiraz edən "Sarı gödəkçəlilər" əleyhinə zorakılıqlarında ölənlərin sayı 7 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2018 09:12 Asia/Baku
  • Fransada
    Fransada "Sarı gödəkçəlilər"in etiraz aksiyasında həyatını itirənlərin sayı artır

Fransa polisinin sosial-iqtisadi problemlərə etiraz edən "Sarı gödəkçəlilər" əleyhinə zorakılıqlarında ölənlərin sayı 7 nəfərə çatıb.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Fransa KİV-i cümə günü axşam Fransanın şimalında "Sarı gödəkçəlilər"in etiraz aksiyası zamanı bir qadının həyatını itirməsi ilə, Fransa hökumətinin siyasətlərinə qarşı etiraz aksiyalarında ölənlərin sayının 7 nəfərə çatdığını bildirib. 

Fransanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, 15 dekabrda, etiraz aksiyalarının 5-ci şənbəsində 33500 nəfər ölkə səviyyəsində keçirilən etiraz aksiyalarında iştirak edib. Fransanın mərkəzində, Şanzelize prospektində keçirilən etiraz aksiyasında isə 3 min nəfər iştirak edib. 

Fransa polisi son etiraz aksiyasında 107 nəfərin saxlanılmasından xəbər verib. 

Fransa prezidenti Emanuel Makronun öncəki mövqeyindən geri çəkilməsinə və narazı kütləni sakitləşdirmək üçün bir sıra vədlər verməsinə baxmayaraq, etirazlar səngimək bilmir. 

Bu, Emanuel Makronun prezidentliyi dönəmində üzləşdiyi ən ciddi böhrandır. 

Fransadakı son etiraz aksiyaları 17 noyabr 2018-ci il tarixindən başlanıb. Daha sonra bu etiraz aksiyaları Belçika və Hollandiyaya da sirayət edib.