Dek 18, 2018 10:53 Asia/Baku
  • polisi də
    polisi də "Sarı jiletlilər"in etiraz aksiyalarına qoşuldu

Fransa polisi Makron hökumətinin siyasətlərinə etiraz olaraq ölkə səviyyəsində bütün polis mərkəzlərinin tətil aksiyası keçirmələrindən xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Fransanın polis sindikatı bir bəyanat yayaraq, polis işçilərinin 32 milyon saat əlavə iş saatı üçün əmək haqqı ödəmədiyini bildirib. 

Bu bəyanatda deyilir: Hazırkı şəraitdə polis əməkdaşları yeni il şənliklərində terror hücumları və digər təhlükəsizlik təhdidlərini önləməyə qadir deyillər. 

Fransa polisinin sosial-iqtisadi ədalətsizliyə qarşı etirazı "sarı jiletlilər"in ölkə səviyyəsində hökumət əleyhinə etirazlarının davam etdiyi bir zamana təsadüf edir. 

"Sarı jiletlilər" böhranı Emanuel Makronun 18 aylıq prezidentliyi dönəmində üzləşdiyi ən ciddi böhrandır. 

Fransadakı son etirazlar 17 noyabr 2018-ci il tarixindən başlanıb. Daha sonra bu etirazlar Hollandiya və Belçikaya da sirayət edib. 

Teqlər