Fransada minlərlə təqaüdçü aksiya keçirib
Minlərlə fransız təqaüdçü Fransa cəmiyyətinin bu təbəqəsinə göstərilən maliyyə yardımı miqdarının sabit qalmasına etiraz edib. Onlar bu ölkənin iqtisadiyyat nazirliyinin binası qarşısına toplaşıblar...
Frans 24 telekanalının məlumatına görə, öz müavinətlərinin artırılmasını tələb edən aksiyaçıların əllərində, üzərlərində "Oğru Makron, bizim hüquqlarımızı geri qaytar!" şüarı yazılmış plakatlar olub.
Bu aksiyaya çağırış vermiş "Ümumi Əmək Konfedereasiyası" adlı həmkarlar ittifaqı aksiyada iştirak edənlərin sayını təqribən beş min nəfər elan edibdir.
Alovu cari il noybarın on yeddisində başlanmış Fransa hökumətinin iqtisadi siyasətlərinə qarşı son çaxnaşmalar günbəgün nəinki bu ölkədə artmaqdadır, həm də Hollandiya və Belçika kimi digər Avropa ölkələrinə də yayılmaqdadır.
Bu etirazlarda indiyə kimi səkkiz nəfər ölüb, həmçinin yüzlərlə nəfər yaralanıb və ya həbs olunubdur.