Makron: "Sarı jiletlilər"in aksiyası durdurulsun
Dek 23, 2018 19:35 Asia/Baku
Fransa prezidenti "sarı jiletlilər"in yeni etiraz dalğasının başlanması ilə bu prosesin dayandırılmasını və ölkədə sabitliyin bərqərar edilməsini istəyib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Fransa prezidenti Emanuel Makron bazar günü deyib: Artıq Fransada sakitlik, sabitlik və ahəngdarlığın hakim kəsilməsi, ixtilafların bir kənara qoyulması zamanıdır.
Ən son məlumatlara görə Fransa polisi ötən gün etiraz aksiyalarında 220 nəfəri həbs edib.